“Yazacaqdınız ki, şəhid qanı ilə azad olunan bir şəhərdə filankəslər içki içdilər?” - Fazil Musafadan sərt MESAJ

“Yazacaqdınız ki, şəhid qanı ilə azad olunan bir şəhərdə filankəslər içki içdilər?” - Fazil Musafadan sərt MESAJ

Hazırda oxunan: “Yazacaqdınız ki, şəhid qanı ilə azad olunan bir şəhərdə filankəslər içki içdilər?” - Fazil Musafadan sərt MESAJ

21693

“Dünyada ən qəribə mühakimə tərzini yalnız bizdə, yəni Azərbaycanda tapa bilərsiniz. Son günlərimizin bir neçə dəyərləndirməsində ən yanlış mövqeni isə mətn oxumadan ittiham etmə vərdişini daşıyan sosial şəbəkə qaragüruhunu qızışdırmaqla məşğul olan bəzi ortabab jurnalistlər tuturlar. Diqqətlə xəbərə baxın, guya bir millət vəkili və dövlət məmuru şəhidin adına olan bulaqda arağı soyudublar və sonra içiblər”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa: “Məni niyə Şuşaya aparmadılar?”


Deputatın sözlərinə görə, şəhid adına hörmətsizliyin elə birinci addımı bu cür xəbərləri yaymaqdan başlayır.  Millət vəkili bildirib ki, paylaşılan fotolardan bulaqda arağın soyudulması və içilməsi faktı aydın olmur. F. Mustafanın fikrincə, xəbəri yayan bunun inandırıcı sübutunu ortaya qoymalıdır:

“Bu hələ məsələnin faktla bağlı tərəfi. Hüquqi tərəfinə baxanda, işğaldan azad olunmuş ərazilərə gedəndə, gələndə kiminsə içib-içməməsi barədə hansısa qadağa nəzərdə tutulubmu? Bütövlükdə Şuşa şəhid qanları ilə azad olunmuş bir şəhərimizdir.

Ötən günlərdə ora gedən qonaqların bəzisinin qarşısında pivə və ya başqa spirtli içki vardı. Paylaşılan fotolardan bu anlaşılırdı. Kimisi də məsciddə bayram namazı qılırdı. O halda yazacaqdınız ki, şəhid qanı ilə azad olunan bir şəhərdə filankəslər içki içdilər? 
 

Bu nə məntiq, bu nə şivən, bu nə şəhid adının ucuz manpulyasiyası? İndi bir inanclı insan şəhidin adına olan bulaqda abdəst almaq üçün ayaqlarını yuyanda nə deyəcəksiniz? Bir nadana, bir qargüruhçuya bundan gözəl hansı manşet ola bilər ki:


"Şəhidin adına olan bulaqda filan məmur abdəst alarkən ayaqlarını yudu". Demək ki, bir millət vəkilini və ya məmuru məsuliyyətsiz insanların hədəfinə çevirmək üçün ortabab jurnalistikamızın seçdiyi üsullardan biri məhz bu formada gerçəkləşdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO