Xəbər verdiyimiz kimi, bu gün səhər Salyan sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti rayonun Təbriz Xəlilbəyli küçəsində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bizim.Media xəbər verir ki, ilkin xəbərlərin əksinə olaraq mərhumun yaxınları Ə.Salayevın döyülərək öldürülməsi barədə yayılanları təkzib edərək onun üzərində hər hansı zorakılıq əlamətlərinin olmadıgını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Salyanda 51 yaşlı kişi küt alətlə qətlə yetirilib - Keçmiş məhkum TUTULDU
Qeyd edək ki, mərhum nagaraçı olaraq toy şənliklərində fəaliyyət göstərib.
Məsələ ilə baglı yaxın saatlarda prokurorluğun açıqlama verəcəyi gözlənilir.
Sabutay, Bizim.Media, Cənub bölgəsi