Ağdam İmarət Kompleksinin göz oxşayan GÖRÜNTÜLƏRİ - VİDEO

Ağdam İmarət Kompleksinin göz oxşayan GÖRÜNTÜLƏRİ - VİDEO

Hazırda oxunan: Ağdam İmarət Kompleksinin göz oxşayan GÖRÜNTÜLƏRİ - VİDEO

216852

Yenicə istifadəyə verilmiş Ağdam İmarət Kompleksinin yeni görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, kopterdən (havadan çəkiliş) lentə alınmış görüntülər sosial şəbəkələrdə yayılıb.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.

Kompleksin video görüntülərini təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO