Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri davam edir. Artıq ikinci qrupun sözü gedən ərazilərə səfəri başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, növbəti qrupun səfəri Xankəndi şəhərindən start alıb.
Qonaqlar üçün Xankəndi şəhərində gəzinti təşkil edilib. Onlara şəhər haqqında ətraflı məlumat verilib. Qonaqlar həmçinin Qarabağ Universitetinə gələrək, orada yaradılan şəraitə baxıblar. Onlara məlumat verilib ki, ali təhsil almaq üçün 100-lərlə azərbaycanlı gənc məhz Xankəndiyə Qarabağ Universitetinə üz tutub.
Səfər zamanı həmçinin şəhərdə həyata keçirlən tikinti quruculuq işləri barədə də qonaqlara məlumat verilib. Səfərin ikinci günü qonaqlar Şuşa və Ağdama səfər edəcəklər.
Qeyd edək ki, sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla, altı günlük nəzərdə tutulub və ilk qrupun səfəri başa çatıb, onlar öncə Şuşa şəhərində daha sonra isə Xankəndi və Ağdamda olublar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu