Gəncədə partlayış olan binada yaşayış MƏHDUDLAŞDIRILDI

Gəncədə partlayış olan binada yaşayış MƏHDUDLAŞDIRILDI

Hazırda oxunan: Gəncədə partlayış olan binada yaşayış MƏHDUDLAŞDIRILDI

216814

"Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən baş vermiş partlayış nəticəsində Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının iki blokunda mənzillər yararsız hala düşüb və burada yaşayışın məhdudlaşdırılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar olaraq, iki blokda yerləşən 35 mənzildə yaşayan sakinlər Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təxliyə olunub. Onların kirayə mənzillərdə yerləşdirilməsi üçün maddi yardım göstəriləcəkdir”.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov verib.

Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən baş vermiş partlayış nəticəsində həlak olan 44 yaşlı Könül Xudaverdiyeva və 62 yaşlı Mehriban Paşayevanın dəfnləri Gəncə şəhər Nizami və Kəpəz bələdiyyələri tərəfindən təşkil edilib, yas mərasimlərinin keçiriləsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mərhumların ailələrinə maddi yardım göstərilib.

Qeyd edilib ki, hazırda “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nəzdində Abbas Səhhət adına xəstəxanada müalicə alan yaralıların vəziyyəti isə diqqətdə saxlanılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO