Naxçıvanda hərbi sursat aşkarlandı – FOTO

Naxçıvanda hərbi sursat aşkarlandı – FOTO

Hazırda oxunan: Naxçıvanda hərbi sursat aşkarlandı – FOTO

216809

Naxçıvan şəhər, Kəngərli rayon Çalxanqala kəndi ərazisində hərbi sursat aşkarlanıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO