Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 000 manatını ələ keçirib.
R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:17 / 19.10.2024
Ev satmaq adı altında 40 min manatı ələ keçirən şəxs həbs olundu – FOTO
Hazırda oxunan: Ev satmaq adı altında 40 min manatı ələ keçirən şəxs həbs olundu – FOTO
Hazırda oxunan: Ev satmaq adı altında 40 min manatı ələ keçirən şəxs həbs olundu – FOTO
216798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.