Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO

216796

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volvo” markalı iritutumlu yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “KİA” markalı minik maşınına çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı “KİA”da olan sərnişinlər, Zərdab rayon sakinləri 2014-cü il təvəllüdlü Bayramlı Səbirə və Bayramlı Məryəm Böyükbəy qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşının köməyi ilə Kürdəmuir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO