Oktyabrın 9-da Gəncə şəhərində yolu keçərkən vurulan piyada 9 gün sonra xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağbanlar qəsəbəsində, Daş körpü adlanan ərazisində baş verib.
Şahidlərin sözlərinə görə, "Niva" markalı avtomobil 1988-ci il təvəllüdlü Elşad Zakir oğlu Əsgərovu vurub. Avtomobilin sürücüsü hadisə yerindən yayınsa da, polis əməkdaşları onu aşkar edərək saxlayıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Əsgərov isə xəstəxanalardan birində 9 gün komada qaldıqdan sonra vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu