Bakı metrosunda TÜSTÜLƏNMƏ: Bu stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə oldu - VİDEO

Bakı metrosunda TÜSTÜLƏNMƏ: Bu stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə oldu - VİDEO

Hazırda oxunan: Bakı metrosunda TÜSTÜLƏNMƏ: Bu stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə oldu - VİDEO

216773

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tuneldə tüstülənmə başa verib. Nəticədə qatarların hərəkəti 25 dəqiqə gecikib.

Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, sözügedən tunel xəttində qatar maşinisti tüstülənmə müəyyən edilib:

"Metropolitenin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb. Bu barədə Fövqəladə Halllar Nazirliyinin aidiyyatı qurumuna məlumat verilib və yanğın söndürmə qrupu dəvət edilib.

“Nizami” stansiyası sərnişinlərin girişi üçün bağlanılıb. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaranmayıb. Qatarların hərəkəti 25 dəqiqə sonra bərpa edilib".

Qeyd olunub ki, hazırda həm qırmızı, həm də yaşıl xətt üzrə qatarların intervala uyğun hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO