DİN İsmayıllıda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

DİN İsmayıllıda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

Hazırda oxunan: DİN İsmayıllıda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

216771

İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO