Bu rayonlarda yağış yağır – FOTO/VİDEO

Bu rayonlarda yağış yağır – FOTO/VİDEO

Hazırda oxunan: Bu rayonlarda yağış yağır – FOTO/VİDEO

216762

Şimal-Qərb bölgəsinin əksər ərazilərində yağıntılı hava davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrində havanın temperaturu 8 dərəcəyə kimi enib.

Aran ərazilərində isə bu göstərici gecənin saatlarına görə 10-11 dərəcə arasında dəyişib.

Hazırda Şəki-Zaqatala rayonlarında hava çiskinlidir və fasilələrlə yağış yağır. Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun bəzi hissələrində dumana rast gəlinir. Görmə məsafəsi 50-60 metrə qədər enib. Dumanlı-çənli ərazilər daha çox bölgənin dağətəyi kənd və yollarında müşahidə olunur. Qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyi bildirilir.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO