Zaqatalada ikiotaqlı ev YANDI - FOTO

Zaqatalada ikiotaqlı ev YANDI - FOTO

Hazırda oxunan: Zaqatalada ikiotaqlı ev YANDI - FOTO

216740

Zaqatala sakininə məxsus evdə güclü yanğın baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun Aşağı Tala kəndində baş verib. 

Kənd sakini Abdulla Əzizova məxsus ikiotaqlı evdə baş verən yanğın sürətlə yayılmağa başlayıb. 

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik qapanması səbəb olub.

Yanğının söndürülməsi üçün Zaqatala Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Nəticədə evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb.
 

Yanğınsöndürənlər yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını ala biliblər. Yanğın zamanı xəsarət alan olmayıb.


Yanğının başvermə səbəbləri araşdırılır.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO