Qubada leysan yağışları nəticəsində müəllimlərin olduğu avtomobili SEL APARIB

Qubada leysan yağışları nəticəsində müəllimlərin olduğu avtomobili SEL APARIB

Hazırda oxunan: Qubada leysan yağışları nəticəsində müəllimlərin olduğu avtomobili SEL APARIB

216737

Gün ərzində Qubaya yağan intensiv yağışlar rayonun ərazisindən keçən çaylarda sululuğu artırıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Vəlvələçay, Qudyalçay, Cimi və digər çaylarda su əvvəlki günlərlə müqayisədə artıb.

Çaylarda su artımı Cimi çayından keçmək istəyən müəllimlərə problem yaradıb. Belə ki, işə gedən müəllimlərin olduğu “Chevrolit" markalı avtomobili sel aparıb.
 

Çayboyu 100 metr gedən avtomaşını, içərisindəki sürücü və sərnişinləri sudan çıxarmaq mümkün olub.


Müəllimlərdən xəsarət alan olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO