Kürdəmirdə minik maşını ilə avtobus toqquşub, xəsarət alan var - FOTO

Kürdəmirdə minik maşını ilə avtobus toqquşub, xəsarət alan var - FOTO

Hazırda oxunan: Kürdəmirdə minik maşını ilə avtobus toqquşub, xəsarət alan var - FOTO

216721

Kürdəmirdə VAZ-la “Mercedes” avtobusu toqquşub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
 

Belə ki, VAZ 21015 markalı avtomaşının sürücüsü rayonun Qağacılı kənd sakini 1971-ci il təvəllüdlü  Qiyas Ömərov Bakı istiqmətində ötmə əməliyyatı edərkən qarşıdan onunla əks istiqamətdə hərəkət edən sürücü Elnur Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtobusa çırpılıb.


Nəticədə avtobus yoldan çıxaraq,  yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı hər iki avtomaşına ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.












Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO