Borçalıdan olan soydaşımız: “Hamımızın ürəyi Qarabağda döyünürdü” – FOTO

Borçalıdan olan soydaşımız: “Hamımızın ürəyi Qarabağda döyünürdü” – FOTO

Hazırda oxunan: Borçalıdan olan soydaşımız: “Hamımızın ürəyi Qarabağda döyünürdü” – FOTO

216705

"Mən ilk növbədə vurğulamaq istəyirəm ki, ümumiyyətlə Qarabağa gəlməyim mənim üçün böyük sevincdir. Təkcə mənim üçün yox, bütün Gürcüstanda, eyni zamanda Borçalıda yaşayan azərbaycanlıların sevincidir. Bura gəlmək onların arzusudur, ümididir.

Çünki biz Azərbaycanla yaşayırıq. Bizim ürəyimiz Qarabağda döyünürdü. Həmişə arzulayırdıq ki, qoy Qarabağ alınsın və biz orada tapılaq" 

Bu sözləri Bizim.Media-ya açıqlamasında əməkdar jurnalist Nizami Məmmədzadə bildirib.
N.Məmmədzadə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstan azərbaycanlılarındadır. O, səfər heyyətinin tərkibində Qarabağa ilk dəfə səfər edir.

Belə ki, səfər iştirakçıları ötən gün Şuşanı bu gün isə Xankəndi şəhərini ziyarət ediblər.

Xankəndi səfəri çərçivəsində qonaqlar Qarabağ universitetinə də gediblər. Onlar universitetdə təhsil alan tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olub, sonra universitetin kitabxanasında tələbə və təhsil ocağının rəsmiləri ilə həmsöhbət olublar.

Həmsöhbətimiz müəllifi olduğu bir neçə kitabı universitetin kitabxanasına hədiyyə edib:
 

"Allah çox şükür edirəm ki, bu gün biz Qarabağdayıq və bu gün Qarabağ Universitetində görüş keçiririk. Eyni zamanda mənim müəllifi olduğum kitabları mən universitetin kitabxanasına hədiyyə etdim. Bu mənim üçün xüsusi əlamətdar hadisədir. Universitetin və kitabxanın rəhbərliyinə təşəkkür edirəm ki, mənim hədiyyəmi qəbul etdilər. Mənim arzum poemalarımda adını çəkdiyim Qarabağ kəndlərinin bərpa edilmiş kitabxanalarında olmaq və ora öz kitablarımı hədiyyə etməkdir. İnşallah biz o günü də görəcəyik" - deyir, N.Məmmədzadə.


Qarabağda səfərdə olan soydaşlarımız son olaraq Ağdam Cümə Məscidini ziyarət ediblər.

Qeyd edək ki, Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə növbəti iki qrupun səfəri gözlənilir.





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO