5 683 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

5 683 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

Hazırda oxunan: 5 683 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

216698

Bu ilin ötən 9 ayı ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 5 683 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
 

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 1744, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 5 683 qərar qəbul edilib.


Bunlardan 5467-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 216-sı Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO