İqlim dəyişikliklərinin insan həyatına zərərləri nədir? - FOTO

İqlim dəyişikliklərinin insan həyatına zərərləri nədir? - FOTO

Hazırda oxunan: İqlim dəyişikliklərinin insan həyatına zərərləri nədir? - FOTO

216690

17-18 oktyabr 2024-cü il tarixlərində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının final mərhələsində iştirak edəcək yerli və xarici komandalar üçün “Yaşıl gələcəyə doğru dayanıqlı addımlar”, "Daha yaşıl gələcək üçün davamlı yollar" mövzularında vebinarlar keçirilib.

Bizim.Media xəbər verir ki, vebinarlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına hazırlıq mərhələsində təşkil edilib.
 

Azərbaycan və ingilis dillərində keçirilən vebinarlara Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Amerika Birləşmiş Ştatları, Çex Respublikası, Belarus Respublikası, Pakistan da daxil olmaqla, ümumilikdə 200-dən çox iştirakçı qatılıb.


Vebinarlar çərçivəsində Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova tərəfindən iştirakçılara iqlim dəyişikliyi, qlobal istiləşmə, yaşıl texnologiya, meşə ekosistemləri, nəqliyyat sektoru tullantılarının ətraf mühitə təsiri və digər iqlim dəyişikliklərinə səbəb olan amillər barədə məlumat verilib. Eyni zamanda, iqlim dəyişikliklərinin insan həyatına zərərləri barədə danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO