Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş GƏLDİ

Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş GƏLDİ

Hazırda oxunan: Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş GƏLDİ

216678

Mərkəzi Univermaqda satıcı qadın müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, cinayətin üstü aldadılan şəxslərin polisə müraciətindən sonra açılıb.

İstintaq materiallarında yazılıb ki, Mərkəzi Univermaqda satıcı işləyən 31 yaşlı Günay Muradəliyeva üç nəfərdən satış üçün götürdüyü qızılları “Yetər” MMC adı ilə fəaliyyət göstərən lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. Həmin pulları öz şəxsi məqsədləri üçün sərf edib.

Üç zərərçəkmişin Günaya etibar etdikləri qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Günay Muradəliyeva dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsində davam edən istintaq müddətində zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çoxu ödətdirilib. Bu səbəbdən onun həbsinə ehtiyac görülməyib.

Sonradan G.Muradəliyevanın əməli dələduzluqdan mənimsəmə cinayətinə tövsif edilib. İşin istintaqının davamı Səbail Rayon Prokurorluğuna həvalə edilib. Təqsirləndirilən şəxsə yekun ittiham edilərək toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim xanım müttəhimin sərbəst mühakimə edilməsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO