Qəbələdəki dəhşətli cinayətlə bağlı YENİ DETALLAR – FOTO/VİDEO

Qəbələdəki dəhşətli cinayətlə bağlı YENİ DETALLAR – FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdəki dəhşətli cinayətlə bağlı YENİ DETALLAR – FOTO/VİDEO

216670

Ötən gün axşam saatlarında Qəbələnin Zərgərli kəndində baş verən qətl hadisəsi sosial şəbəkə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media-nın yerli bürosu bu gün hadisənin baş verdiyi kəndə yollanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə nəvə nənəsini öldürən şəxsi QƏTLƏ YETİRDİ – Dəhşətli hadisənin TƏFƏRRÜATI


Şəki-Qəbələ avtomobil yolu üzərində yerləşən Zərgərli kəndində 700 nəfərə yaxın insan yaşayır. Kənd icra nümayəndəliyindən bildirilib ki, bu qanlı hadisə Zərgər kəndinin tarixində ilk dəfədir baş verir.

Daha sonra hadisənin baş verdiyi Məmmədəliyevlər ailəsinin evinə yollanırıq. Havanın yağışlı olmasına baxmayaraq həyətdə və küçədə çox sayda insan var.

Mərhum Gülsadə Məmmədəliyevanın qohumu Rəhim Məmmədləliyev hadisə zamanı başqa yerdə olduğunu, sonradan gəldiyini bildirir:

“Gəlib gördüm orda bir nəfər maşının yanında yıxılıb, pis vəziyyətdədir. Gəlib içəri daxil olanda gördüm ki, qadın da orda yıxılıb və artıq canını tapşırıb. Nəvəsi isə yaralı idi, əlləri yaralanmışdı. Daha sonra polislər gəldilər”, - deyə qeyd edən Rəhim kişi hələ də axşam gördüklərinin təsirində idi.
 

Qəbələ rayon prokurorluğundan əldə etdiyimiz məlumata əsasən ilkin araşdırmalarla rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum etdiyi təsdiqini tapıb.


Hüquq-mühafizə orqanları əməkdaşlarının ilkin araşdırmalarıyla o da bəlli olub ki, Əlibaba Gəncimov ov tüfəngi ilə başqasının evinə hücum etməklə evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürüb.


Eyni zamanda qadının nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirib. Nurlan Məmmədliyev isə yaralı vəziyyətdə evlərindəki ov tüfəngini ilə atəş açaraq Əlibaba Gəncimovu qətlə yetirib.

Baş verən hadisədən sonra əlindən güllə yarası alan Nurlan Məmmədəliyev polis əməkdaşlarının müşayiəti ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin müdiri Gülnar İsmayılova bildirir ki, Zərgərli kəndində baş verən hadisə ilə bağlı məlumat daxil olan kimi Təcili Tibbi Yardım briqadası göndərilib:


“Yaralı Nurlan Məmmədəliyev sol əlinin birinci barmağının natamam amputasiyası, sağ əlin üst çətiyinin açıq yarası və yumşaq toxumaların geniş həcmdə effekti diaqnozları qoyulub. Xəstəyə təcili tibbi yardım göstərilib, cərrahi müdaxilə olunub. Hazırda N.Məmmədəliyevin xəstəxananın cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir”.

Qəbələ rayon prokurorluğundan verilən məlumata əsasən, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO