“Partlayış baş verən binanın yaşayış üçün yaralı olub-olmadığı barədə rəy Fövqəladə Hallar Nazirliyinin ekspertizasından sonra məlum olacaq. Əgər yaşayış üçün heç bir təhlükə olmasa, xəsarət alan evlər təmir olunacaq. Yox, əgər qərar verilsə ki, bina təhlükəlidir, onda yəqin ki, aidiyyatı üzrə binanın sökülərək yenidən inşa olunması məsələsi müzakirə olunacaq”.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu fikirləri Gəncədə partlayış baş vermiş əraziyə gələn icra hakimiyyətinin başçısı Niyazi Bayramov səsləndirib.
Onun sözlərinə görə, evləri zərər çəkmiş vətəndaşlara maddi yardım göstəriləcək:
“Partlayış nəticəsində evsiz qalmış vətəndaşlara köməklik olunacaq. Qohumlarının evində müvəqqəti yerləşmək imkanı olmayan vətəndaşlar üçün kirayə mənzillər təklif olunacaq. Onlara lazım olan ilkin köməkliklər ediləcək. Biz onların yanındayıq. Heç bir narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin İsax Cəfərov küçəsində yerləşən 13 saylı binada partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 18.10.2024
Gəncədəki partlayışa görə evsiz qalan şəxslərə yardım ediləcək – RƏSMİ
Hazırda oxunan: Gəncədəki partlayışa görə evsiz qalan şəxslərə yardım ediləcək – RƏSMİ
Hazırda oxunan: Gəncədəki partlayışa görə evsiz qalan şəxslərə yardım ediləcək – RƏSMİ
216652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.