Bu gün Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın baş həkimi Ruhin Abuzərli verib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədəki partlayışda ölən və yaralananların ADLARI
Onun sözlərinə görə, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib. 1 nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu