“Qadınların qəza törətməsinin əsas səbəbi kişilərdir” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

“Qadınların qəza törətməsinin əsas səbəbi kişilərdir” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: “Qadınların qəza törətməsinin əsas səbəbi kişilərdir” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

216642

Son illərin avtomobil sürücüləri arasında qadınların sayı durmadan artır. Amma bəziləri bu tendensiyanı müsbət hal hesab etmir. Düşünürlər ki, qadınlar yol hərəkəti qaydalarını daha çox pozur.

Bu doğrudur?
 

MÖVZU İLƏ BAĞLI:

Qadın yoxsa kişi sürücülər daha çox qəza törədir? – Ekspertlərdən MARAQLI TƏHLİL


Məsələ ilə bağlı Bizim.Media-ya danışan sığorta üzrə ekspert İlkin İbrahimli qadın və ya kişi sürücülərin daha çox qəza törətməsi məsələsinin bir qədər mübahisəli olduğunu bildirib:

“Qadınların və yaxud kişilərin daha çox qəza törətməsi barədə statistik təhlil olmadığı üçün danışmaq bir qədər çətindir. Rəqəmlərə baxanda kişilərin daha çox qəza törətdiyini görürük.  O cümlədən sığorta hadisələrində də qadınların sayı az görünür. Lakin, sürücülərin ümumi sayının ən azı 95 faizi kişilərdir. Cəmi 5 faiz sürücünün törətdiyi qəzalarınsa gündəmə gəlməsinin müxtəlif səbəbləri var”.

“Qadınların qəza törətməsinə kişilər səbəb olur”

Psixoloq Gülnar Orucova isə qadınların yolda daha diqqətsiz olması və daha çox qəza törətməsi fikri ilə razılaşmır:

“Qadınlar bütün məslələrdə olduğu kimi sükan arxasında olanda da hər şeyi planlayır, ölçür-biçir. Ona görə də qadınlar sükan arxasında daha diqqətli olurlar. Amma kişilərdəki özgüvən onları diqqətli sürücü olmaqdan uzaqlaşdırır.

Bu gün kişi sürücülər daha çox qəza törədirlər.
 

Amma nədənsə hansısa qadının qəza törətməsi və yaxud yol hərəkəti qaydasını pozması daha çox müzakirə edilir. Mən əminliklə deyə bilərəm ki, qadınların qayda pozmasının və qəza törətməsinin başlıca səbəblərindən biri ətrafdakı kişi sürücülərin onlara göstərdiyi reaksiyadır. Kişilər qadın sürücülərə heç nədən qıcıq olurlar. Hətta yol gedərkən şüşəni endirib qadın sürücülərə söz atan kişilər də az deyil. Yaxud qadın sürücünün qulağı eşidə-eşidə deyirlər ki. “saxlayanı var”. Belə vəziyyətdə isə əsəbiləşən qadın fikir dağınıqlığı səbəbi ilə qayda pozur.


Belələri unudur ki, bu gün Azərbaycanda minlərlə qadın sahibkardır, yüksək vəzifələrdə çalışır, bir sözlə öz ayağı üzərində dayanır. Belə olan halda qadın sürücülərə niyə pis gözlə baxırlar?”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO