Bu rayonlarda temperatur 14 dərəcə endi – FOTO/VİDEO

Bu rayonlarda temperatur 14 dərəcə endi – FOTO/VİDEO

Hazırda oxunan: Bu rayonlarda temperatur 14 dərəcə endi – FOTO/VİDEO

216622

Şimal-Qərb bölgəsində havanın temperaturu 12-14 dərəcə enib, yağış yağır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, havanın kəskin dəyişməsi nəticəsində yüksək dağlıq ərazilərdə 14, aranda isə 12 dərəcəyə kimi enib.

Yağışla yanaşı bölgənin bir sıra ərazilərində külək də müşahidə edilib. Bu isə bir sıra meyvə ağaclarındakı məhsulun yerə tökülməsi ilə nəticələnib. Yağış yağması ilk növbədə bölgənin iri dağ çaylarında - Dəmiraparan, Qara, Şin, Kürmük, Muxax və Katex çaylarında suyun səviyyəsinin artmasına səbəb olub.

İlkin məlumatlara əsasən, hələlik sel daşqınları qeydə alınmayıb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO