Gəncədə baş verən dəhşətli partlayışın şahidlərindən AÇIQLAMA – VİDEO

Gəncədə baş verən dəhşətli partlayışın şahidlərindən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Gəncədə baş verən dəhşətli partlayışın şahidlərindən AÇIQLAMA – VİDEO

216619

“Partlayış baş verəndə mən mətbəxdə idim. Həmin vaxt ildırım bərk çaxdığından nəyin baş verdiyini anlaya bilmədim. Hiss etdim ki, evimiz bərk silkələndi. Xoşbəxtlikdən mən qonaq otağında olmamışam. Evdə nəyinsə uçduğunu hiss etdim. O biri otağa keçəndə qonşu ilə aramızda olan beton plitənin aşdığını gördüm. Başa düşdüm ki, qonşuda nəsə partlayıb”.

Bu fikirləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında İsax Cəfərov küçəsində partlayış baş verən ünvanın qonşuluğunda yaşayan Gülsarə Hacıyeva verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədəki partlayışda ölən və yaralananların ADLARI


Onun sözlərinə görə, hadisə təxminən səhər saat 6:00 radələrində baş verib. Evdə tək olduğundan xoşbəxtlikdən onların mənzillərində xəsarət alan olmayıb. Lakin evlərinə ciddi ziyan dəyib:

“Evimə ciddi ziyan dəyib. Qonşu ilə ara barı çöküb. Əşyalardan hansıların sıradan çıxdığını dəqiq bilmirəm”, - deyə hadisə şahidi deyib.

Həmin ünvanda 5-ci mərtəbədə yaşayan Ərəstun Quliyev isə partlayış baş verən zaman kənddə olduğunu deyir:

“Mən kənddə idim. Burada qızlarım qalır. Zəng etdilər ki, ata qonşuda partlayış oldu. Tez gəlmişəm. Bizim evdə şükürlər olsun ciddi xəsarət alan olmayıb. Qızımın qolu bir az yüngül zədələnib. Hazırda maşında oturub. Amma çox qorxub”, - deyə Ə.Quliyev əlavə edib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO