Gəncədəki partlayışda ölən və yaralananların ADLARI

Gəncədəki partlayışda ölən və yaralananların ADLARI

Hazırda oxunan: Gəncədəki partlayışda ölən və yaralananların ADLARI

216617

Gəncədə İsax Cəfərov küşəsi 13 saylı binada baş verən partlayış nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səhər saat 6:00 radələrində baş verən güclü partlayış binanın 4-cü mərtəbəsində, 46 saylı evdə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə dağıntılar altında qalanlar belə xilas edildi – ANBAAN VİDEO


Hadisə zamanı həmin ünvanda olan 1960-ci il təvəllüdlü Mehriban Haşıyeva və ilkin ehtimala görə onunla bir ünvanda kirayədə qalan 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva həyatlarını itiriblər. Hadisə zamanı digər mənzillərdə yaşayan 4 nəfər, Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı, 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğlu və onun oğlu Orucov Əsəd Bəxtiyar oğlu isə yaralanıblar.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO