Şəhid Təbriz İbrahimovla vida mərasimi keçirilir

Şəhid Təbriz İbrahimovla vida mərasimi keçirilir

Hazırda oxunan: Şəhid Təbriz İbrahimovla vida mərasimi keçirilir

21661

Vətən müharibəsində şəhid olan və bu gün nəşi ailəsinə təhvil verilən hərbçi Təbriz İbrahimovla vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, Şəhid hərbçinin nəşi doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

Vida mərasimində hərbçilər, şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

1992-ci il təvəllüdlü şəhidimiz sabah II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) İbrahimov Təbriz İsmayıl oğlu Murov istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO