Bu gün, Füzuli Şəhər Günü münasibətilə şəhərin işğaldan azad edildikdən sonrakı 4 il ərzində yenidən qurulmasını əks etdirən görüntülər yayımlanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi “X” hesabında videoçarx paylaşılıb.
“17 oktyabr - Füzuli şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Füzuli Şəhər Günü kimi qeyd olunur.
Bu əlamətdar tarix sadəcə bir zəfərin simvolu deyil, həm də doğma torpaqlara qayıdışın, yeni həyatın və böyük ümidlərin başlanğıcıdır. Füzuli şəhəri Böyük Qayıdış proqramı çərçivəsində müasir şəhərsalma yanaşmaları və dayanıqlı inkişaf həlləri ilə Qarabağın yenidən qurulan incilərindən birinə çevrilir.
Bütün qəlbimizlə əziz Füzuliləri bu möhtəşəm gün münasibətilə təbrik edir, onlara doğma yurdlarında firavan, sağlam və xoşbəxt həyat arzulayırıq!” , - paylaşımda qeyd edilib.
Bizim.Media