Bakı aeroportu səfər planlaşdıranlara MÜRACİƏT EDİB

Bakı aeroportu səfər planlaşdıranlara MÜRACİƏT EDİB

Hazırda oxunan: Bakı aeroportu səfər planlaşdıranlara MÜRACİƏT EDİB

216560

Bu ilin oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-a qədər Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şossesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Sərnişinlərə tövsiyə olunur ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlaşdırsınlar, alternativ olaraq Zığ şossesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.

Qeyd edilib ki, "Aeroexpress" avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO