Bölgələrdə qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Bölgələrdə qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Hazırda oxunan: Bölgələrdə qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

216559

Oktyabrın 20-si gündüzədək Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° enəcək.


Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO