Cəlilabadda tələbələr məşğulluğa CƏLB edilir - FOTO

Cəlilabadda tələbələr məşğulluğa CƏLB edilir - FOTO

Hazırda oxunan: Cəlilabadda tələbələr məşğulluğa CƏLB edilir - FOTO

216552

Kənan Kərimzadə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonuna səfər edib. 

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbə və müəllim heyəti ilə görüşüb.
 

Kənan Kərimzadə Mərkəzə infoturların təşkil olunması, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi, hazırlanan və ya istehsal olunan məhsulların satış bazarlarına çıxışının təmin edilməsi üzrə tövsiyələrini verib, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.


Qeyd edək ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO