Əslən azərbaycanlı olan rusiyalı milyarder Fərhad Əhmədovun eks həyat yoldaşı xüsusi qayıq xidməti ilə əməkdaşlığa girib.
Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, Fərhad Əhmədovun eks həyat yoldaşı Tatyana sabiq ərinin super yaxtasını ələ keçirtmək üçün hərəklətə keçib.
Belə ki, Tatyana olliqarxa məxsus “Luna” yaxtasını ələ keçirtmək naminə xüsusi qayıq xidmətinin (SBS) veteranlarını pul müqabilində tutub. Tatyanın bu yolla yiyələnmək istədiyi yaxtanın qiyməti 225 milyon avrodur (550 milyon manat).
MÖVZU İLƏ BAĞLI:
Fərhad Əhmədov eks həyat yoldaşına 630 milyon dollar verməlidir – MƏHKƏMƏNİN SON QƏRARI
Belə ki, Tatyana kirayələdiyi qayıqçı qrupuna tapşırıq verib ki, sabiq əri olan Fərhad Əhmədova məxsus 115 metrlik yaxtanı ələ keçirtsinlər. Buna səbəb Marşal adalarının məhkəməsinin yaxta ilə bağlı Tatyanın xeyirinə qərar çıxarmasıdır.
Hazırda yaxta Birləşmiş Ərəb Əmirliklərinə aid Rəşid limanındadır. Fərhad Əhmədov bu yolla yaxtanı beynəlxalq sulara daxil etməyə çalışıb, amma bu cəhdi baş tutmayıb.
Sözügedən yaxta 2010-cu ildə digər rusiyalı oliqarx Roman Abramoviç üçün hazırlansa da, Çelsi rəhbəri “Luna”nı 2014-cü ildə Fərhada satıb. Hazırda Tatyana bu bahalı yaxtanı da ələ keçirtmək niyyətindədir.
Lakin digər İngiltərə nəşri “Mail Online”nın yazdığına görə Tatyanın bu planı mümkünsüzdür. Çünki BƏƏ-yə aid su hövzəsinə hansısa yaxtanı qaytarmaq üçün Britaniyaya aid gəmilər, yaxud qayıqlar daxil ola bilməz.
Bu, birbaşa su sərhədlərinin pozulması və qanunsuzluqdur ki, müharibə, diplomatik qalmaqalla nəticələnə bilər. Bu səbəbdən, sayt Tatyanın ideyasında kriminal ünsürləri qeyd edərək bu planın mümkünsüz olduğunu yazıb.
Xatırladaq ki, Tatyananın neft-qaz maqnatı olan Fərhad Əhmədovdan boşanma prosesi 2013-cü ildən bəri davam edir.
2016-cı ildə Tatyana məhkəmə yolu ilə Fərhaddan 453 milyon avro almaq qərarına nail olsa da, Əhmədov bu məbləği ödəməkdən boyun qaçırıb. 2018-ci ildə Tatyananın növbəti məhkəmə cəhdində oliqarxın keçmiş həyat yoldaşı “Luna” yaxtasına həbs qoydurmağa nail olsa da, qayığın hüquqi işi qazanan tərəfə verilməsi baş tutmayıb.
Bizim.Media