Cəmiyyətə aşılanan YAD BAYRAMLAR – “Halloween” uşaqlarımıza necə TƏSİR edir?

Cəmiyyətə aşılanan YAD BAYRAMLAR – “Halloween” uşaqlarımıza necə TƏSİR edir?

Hazırda oxunan: Cəmiyyətə aşılanan YAD BAYRAMLAR – “Halloween” uşaqlarımıza necə TƏSİR edir?

216509

 “Halloween” dünyanın müxtəlif ölkələrində qeyd edilən bayramdır. Bu bayramı digər bayramlardan fərqləndirən cəhət insanların fərqli geyimlər geyinməsi, bir yerə toplaşmasıdır.

Oktyabrın 31-də keçirilən bu bayram yaxınlaşdıqca ölkələr ona uyğun ab-havaya bürünür. Artıq ölkəmizdə də bu bayramı qeyd edənlər var. Belə ki, paytaxt ərazisində bir sıra mağazalar var ki, orada “Halloween”ə aid xüsusi geyimlər, bəzəklər satılır.

Maraqlıdır ki, başqa ölkələrin mədəniyyətlərinə məxsus bayramların ölkəmizdə qeyd edilməsi cəmiyyətimizə necə təsir edir?
 

MÖVZU İLƏ BAĞLI:

“Vağzalı”nı əvəz edən “Toy marşı”nın MARAQLI TARİXÇƏSİ – VİDEO


Sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, xalqımıza yad bayramlar vasitəsilə yumşaq ekspansiya cəhdləri müşahidə oluna bilir:

“Bayramlar hər bir xalqın milli identikliyini, özünəməxsusluğunu, sosial xarakterini əks etdirir, xalqların, toplumların həmrəyliyini möhkəmləndirir, insanlar arasındakı  sosial əlaqələri gücləndirir. Bu baxımdan bayramların sosioloji təsir gücü çox güclüdür. Yəni, hər hansı bir bayram təbliğatçılar vasitəsilə digər xalqlarda da yayılır və beləliklə, cəmiyyətə təsir göstərmək cəhdləri həyata keçirilir.  Bəzən isə iş adamları həmin bayramlarla bağlı məhsullar istehsal etməklə fürsətcil şəkildə istifadə edirlər”.

Ekspert hesab edir ki, bizə yad olan bayramlar cəmiyyətimizin xarakterinə milli identikliyimizə təsir göstərə bilər:

“Düşünürəm ki, məsələlərə həssas yanaşaraq bu bayramların ölkəmizə gəlişinə imkan tanımamalıyıq. Elə “Helloween”in bayramı da daha çox xristian ölkələrində mövcuddur, hətta xristianlıqdan öncəki dövrə aid olduğuyla bağlı elementlər də var. Yəni, xristianlığa aid inancları özündə əks etdirir. Bu bayramın ölkəmizdə qeyd olunmasını məqsədəuyğun saymıram”.

Müsahibimiz xalqımıza məxsus milli bayramların keçirilməsini  daha üstün görür:

“Xalqımızın arxitiplərini, mental dəyərlərini əks etdirən bayramlarımız var. Onlar vasitəsilə milli kimliyimizi təqdim edə bilirik. Ancaq “Helloween” kimi bayramlar xalqın həyat tərzini , mental görüşünü, milli-dini dəyərlərini zədələyə bilər. Belə tədbirlərin  Azərbaycana gətirilməsinin qarşısını almalıyıq, çünki bayramlar milli ruhu əks etdirməlidir. Yad ruhları əks etdirənlərin kütləviləşdirilməsini, ənənə şəklinə salınmasını yolverilməz hesab edirəm”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO