Bizim.Media xəbər verir ki, əvvəlcə dövlət və hökumət rəsmiləri Füzuli Şəhəri Günü münasibətilə təşkil olunmuş sərgiyə baxıblar.
Sonra çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad Füzulidə ikinci dəfədir Füzuli Şəhəri Gününün keçirildiyini bildirib.
Qeyd edib ki, bu günü bizə canı, qanı bahasına yaşadan şəhidlərimiz ölməz qəhrəmanlarımızdır.
"Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız ən çətin döyüşlərdən çıxaraq, Füzuli şəhərini işğaldan azad etdilər. Bu gün hamımız Füzulidə həyata keçirilən bərpa-quruculuq işlərinə şahid oluruq. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında, diqqət və qayğısı ilə həyata keçirilir. Bu gün Füzuli şəhəri işğaldan azad olunmuş ərazilərdə ən çox sakinlərin məskunlaşdığı şəhərdir", - deyə E.Hüseynov diqqətə çatdırıb.
O, hazırda Füzuli şəhərində 822 ailənin yaşadığını bildirib:
"Mən inanıram ki, onlar yaşayışlarından çox məmnundurlar. Burada dövlətimizin gücü, qüdrəti hesabına yaradılmış gözəl şəraitdən istifadə edirlər. Bizim balaca sakinlərimiz, gənc nəslimiz Azərbaycanda tayı-bərabəri olmayan bir məktəbdə təhsil alırlar. Bu gün qalib dövlətin yenilməz ruhlu gənc nəsli yetişir. Füzuli şəhərində Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbin artıq yaxşı nailiyyətləri var. Bizim məktəblilər həm ali məktəbə qəbul imtahanlarında, həm də keçirilən müxtəlif müsabiqələrdə uğur qazanırlar. Biz buna görə çox sevinirik".
Daha sonra qala-konsert təqdim olunub, tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:25 / 17.10.2024
Füzuli şəhərində KONSERT VERİLDİ - FOTO
Hazırda oxunan: Füzuli şəhərində KONSERT VERİLDİ - FOTO
Hazırda oxunan: Füzuli şəhərində KONSERT VERİLDİ - FOTO
216504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.