6 uşağın öldüyü Perinatal Mərkəz niyə 10 aydır TƏMİR OLUNMUR? – RƏSMİ CAVAB

6 uşağın öldüyü Perinatal Mərkəz niyə 10 aydır TƏMİR OLUNMUR? – RƏSMİ CAVAB

Hazırda oxunan: 6 uşağın öldüyü Perinatal Mərkəz niyə 10 aydır TƏMİR OLUNMUR? – RƏSMİ CAVAB

216492

“10 ay öncə yanğın baş verən Respublika Perinatal Mərkəzində təmir işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə razılaşdırma işi yekunlaşıb və bu həftə ərzində tender elan olunacaq. Tenderin qalibi kim olacaqsa, ondan sonra da təmir işlərinə başlanılacaq.”

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bizim.Media-nın sualını cavablandırarkən deyib.

O, Perinatal Mərkəzə yeni direktorun təyin olunması ilə bağlı heç bir addımın atılmadığını bildirib:

“Yeni direktor təyinatı ilə bağlı heç bir addım atılmayıb, proses eyni qaydada davam edir".

Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində 6 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kv.metr sahəni əhatə edib.
 

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.


Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə  təqsirləndirilirlər.

Onu da bildirək ki, yanğın hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri hələki yekunlaşmayıb. Baş Prokurorluqdan saytımızın sorğusuna cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO