Füzulidə beynəlxalq turnirin açılış mərasimi keçirildi

Füzulidə beynəlxalq turnirin açılış mərasimi keçirildi

Hazırda oxunan: Füzulidə beynəlxalq turnirin açılış mərasimi keçirildi

216475

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə bu cür idman tədbirlərinin təşkilinin tarixi hadisə olduğunu bildirib.
 

O, işğal dövründə şəhərin yaxşı vəziyyətdə olmadığını, İkinci Qarabağ müharibəsindən sonra Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə abadlıq işləri görüldüyünü vurğulayıb. E.Hüseynov yarışın keçirildiyi Aşağı Köndələnçay su anbarının Ümummilli Lider Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edildiyini xatırladıb.


Gənclər və idman naziri Fərid Qayıbov isə reqatanın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıb.

Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Turnirin birinci günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO