Avtobusda cibgirlik edən şəxs TUTULDU

Avtobusda cibgirlik edən şəxs TUTULDU

Hazırda oxunan: Avtobusda cibgirlik edən şəxs TUTULDU

216474

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

DİN-dən Bizim.Media-ya bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, R. İsmayılov şəhərdaxili marşrutların birində vətəndaşın cibindən 200 manat nağd pul və bir ədəd mobil telefon oğurlayıb.

Bundan başqa şübhəli şəxs saxlanılan zaman üzərindən narkotik maddə olan metamfetamin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO