Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, təcili tibbi yardım avtomobilində olan dərman çantasında yer alan dərmanların yeni siyahısı hazırlanıb.
TƏBİB rəsmisinin sözlərinə görə ambulanslarda dərman və tibbi sərf təminatının qəbul olunacaq standartlara cavab verməsi və bunun davamlı olması üçün yeni hazırlanan standartlar tətbiq ediləcək:
"Ambulanslar və çantalar ölkə üzrə vahid standartlar üzrə komplektləşdiriləcək. Personalın, xüsusilə, müasir və yeni alınmış cihaz və avadanlıqları, xərək sistemlərini istifadə etmək bacarıqları diqqət mərkəzində saxlanılacaq".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 17.10.2024
Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlanıb
Hazırda oxunan: Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlanıb
Hazırda oxunan: Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlanıb
216472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.