Vətən Müharibəsi Qəhrəmanı, şəhid Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün rəhmətə gedən, Milli Qəhrəman Mübariz İbrahimovun atasının dəfn mərasimində iştirak edən, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Orxan Əkbərovun qardaşı Elnur Əkbərovun dəfindən sonra səhhəti pisləşib.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.
Qeyd edək ki, şəhid Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu