Tərtərdə ZƏNCİRVARİ QƏZA: 4 nəfər xəsarət aldı

Tərtərdə ZƏNCİRVARİ QƏZA: 4 nəfər xəsarət aldı

Hazırda oxunan: Tərtərdə ZƏNCİRVARİ QƏZA: 4 nəfər xəsarət aldı

216408

Tərtərdə üç maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı “VAZ 2107”, ”VAZ 21011” və “LADA 110” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib. Bunlar Seydimli kənd sakini, 1973-cü il təvəllüdlü Bayramov Nağı Qəşəm oğlu, Ələsgərli kənd sakini, 2020-ci ilə təvəllüdlü Mirzəliyev Tural Sərxan oğlu, Ələsgərli kənd sakini, 1995-ci ilə təvəllüdlü Mirzəliyeva Nüranə Xankişi qızı və Seyidimli kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədli Yusif Çingiz oğludur. Yaralıların hamısı Tərtər rayon sakinləridir.

Xəsarət alanlar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO