Qarabağda təhsil alan gənclərə ŞAD XƏBƏR: Təqaüd proqramları TƏQDİM EDİLƏCƏK – FOTO

Qarabağda təhsil alan gənclərə ŞAD XƏBƏR: Təqaüd proqramları TƏQDİM EDİLƏCƏK – FOTO

Hazırda oxunan: Qarabağda təhsil alan gənclərə ŞAD XƏBƏR: Təqaüd proqramları TƏQDİM EDİLƏCƏK – FOTO

216367

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşüb.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin təhsil problemlərinin həllini daim diqqətdə saxladığını, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin, xüsusən Heydər Əliyev Fondunun icra etdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan komitə sədri Böyük Qayıdış prosesində də təhsillə bağlı məsələlərin hərtərəfli əhatə olunduğunu bildirib.

Görüş iştirakçılarına məlumat verilib ki, indiyədək doğma yurduna qayıtmış 8660 nəfər keçmiş məcburi köçkünün 1000 nəfərindən çoxu məktəblilərdir.

Onların davamlı təhsil alması üçün həmin yerlərdə təhsil müəssisliləri tikilib istifadəyə verilib və fəaliyyətə başlayıb. İstər Böyük Qayıdış çərçivəsində əvvəlki daimi yaşayış yerlərinə qayıdan, istərsə də hələ müvəqqəti məskunlaşma yerlərində olan ailələrin övladlarının müasir səviyyədə təhsil almasında ictimai dəstəyin vacibliyi qeyd edilib.

“Baku Design Academy”nin rəhbəri, həmçinin Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova özəl təhsil subyektlərinin Böyük Qayıdış prosesinə töhfə vermək istədiyini, bu məqsədlə Qarabağda və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri həyata keçirməyi və təqaüd proqramları təşkil etməyi planlaşdırdığını bildirib. Qeyd edilib ki, maarifləndirmə proqramı vasitəsilə şagirdlərə innovativ təhsil metodları, texnoloji bacarıqlar, liderlik keyfiyyətləri və iqtisadiyyatın müxtəlif sektorlarına dair biliklər çatdırılacaq.

Gənclərin təhsili və inkişafı məqsədilə iqtisadiyyat, rəqəmsal marketinq, elektronlaşma, IT həllər, dizayn və digər bu kimi sahələrdə təqaüd proqramları təqdim olunacaq.

Görüşdə doğma yurda qayıtmış və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin təhsilinə “Facemark” şirkətinin KOBSKA ilə birlikdə dəstək vermək təşəbbüsü təqdir edilib və Dövlət Komitəsinin bu təşəbbüsü dəstəklədiyi, onun uğurla həyata keçirilməsində kömək etməyə hazır olduğu bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO