Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti açıqlandı - FOTO

Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti açıqlandı - FOTO

Hazırda oxunan: Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti açıqlandı - FOTO

216329

Oktyabrın 16-sı, saat 08:20-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər (2 qadın, 3 kişi) hospitalizasiya olunub.

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, onlardan bir nəfər 1989-cu il təvəllüdlü qadın çənə sümüyünün sınığı diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

1988-ci il təvəllüdlü digər qadın isə döş qəfəsinin küt travması, başın təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.

Qəzada xəsarət alan 2000-ci il təvəllüdlü kişiyə isə sağ əlin daraq sümüyünün sınığı diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

1966-cı il təvəllüdlü şəxsə (kişi cinsi) sol əlin daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi” diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir.

1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə sol üz nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO