600 bal toplamış çağırışçılar bu universitetdə xidmət çəkəcək

600 bal toplamış çağırışçılar bu universitetdə xidmət çəkəcək

Hazırda oxunan: 600 bal toplamış çağırışçılar bu universitetdə xidmət çəkəcək

216328

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

Bizim.Media xəbər verir ki, mövzuya Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Facebook səhifəsində münasibət bildirib.

Onun sözlərinə görə,  yeni əsgərlik konsepsiyasına əsasən, Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.

Osman Gündüz qeyd edib ki, digər ali təhsil müəssisələrinin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər:

“Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir”.

O, bu addımın olduqca faydalı və əhəmiyyətli olduğunu vurğulayıb:

“Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər. Beləliklə, universiteti bitirən gənc informasiya texnologiyaları (İT) mütəxəssisləri əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər”.
 

Qeyd edək ki, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.


İntellektual qabiliyyətli bölmələrdə qəbul imtahanından 600 və yuxarı bal toplamış çağırışçılar xidmət edəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO