Ləman Hüseynzadə Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ləman Hüseynzadə Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Ləman Hüseynzadə Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİN EDİLDİ

216292

Ədliyyə naziri Fərid Əhmədov qurumun Mətbuat Xidmətinə rəis təyin edib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.

O, bu ilin iyun ayında Mətbuat Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.

Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO