TOYLAR gəlir – İyunun 1-dən maska qadağası da götürülə bilər

TOYLAR gəlir – İyunun 1-dən maska qadağası da götürülə bilər

Hazırda oxunan: TOYLAR gəlir – İyunun 1-dən maska qadağası da götürülə bilər

21629

Azərbaycanda açıq havada maska taxılması ilə bağlı qaydanın aradan qaldırılması demək olar ki, sosial tələbə çevirilib. Bəzi məlumatlara görə, bu qayda iyun ayının 1-dən etibarən aradan qaldırılacaq. 

Hava temperaturu yüksəldikcə, hər kəs maskalı həyatın əzabını yaşayır. Qapalı məkanlarda bu qaydanın tətbiqi anlaşılan olsa da, açıq havada, insanların sıx olmadığı məkanlarda cərimələnmək qorxusu altında insanların bu əzaba düçar edilməsi qəbuledilməz hesab edilir.

Eləcə də ölkəmizdə toy səslərin eşidiləcəyi günlər də yaxınlaşa bilər. Məlumatlara görə, iyunun 1-dən açıq havada toyların keçirilməsinə icazə veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Partiya sədrindən Operativ Qərargaha SƏRT SÖZLƏR - “Səhər-axşam zəmanət kağızı verib icazəsiz toy keçirirlər”


Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı Bizim.Media-ya açıqlamasında ölkəmizdə vaksinasiyanın sürətlə aparıldığını və bunun qaydaların yumşalmasına rəvac verə biləcəyini deyib:

“Azərbaycanda hələ ki, əhalinin yarısı peyvənd olunmayıb. Amma əmnəm ki, yaxın vaxtlarda açıq havalarda sosial məsafəyə riayyət etməklə maskadan istifadə olunması qaydasına baxıla bilər. Bununla bağlı Operativ Qərargahın hansı qərarı verəcəyini deyə bilmərəm. Amma hər halda ölkədə vaksinasiyanın sürətlə aparılması və yoluxma sayının azalması ümid verir ki, müəyyən qaydalarda yumşalma olsun”.

Bununla belə millət vəkili koronavirusdan qorunmaq üçün hələlik maskadan istifadə, sosial məsafə qaydalarına riayyət edilməsini zəruri hesab etdiyini dedi: 

“Qlobal təhlükənin qarşısında vaksinasiyanın da böyük səmərəsi olduğunu tibb işçiləri sübut etdilər. Azərbaycan əhalinin ən tez peyvəndlənməsinə başlayan ölkələrdəndir. Amma vaksinasiyaya görə qoruyucu maskadan istifadə, sosial məsafə, gigiyena qaydalarını arxa plana keçirmək kimi düşüncədə olmamalıyıq. Sözsüz ki, maskada gəzmək hamı üçün, o cümlədən də mənim üçün çətindir, amma bu o demək deyil ki, biz təhlükəsiz durumdayıq”. 

Məlahət İbrahimqızı ABŞ Prezidenti Co Baydenin də açıqlamasını xatırladaraq, onun əhali tam vaksinasiya olunduqdan sonra maska qadağalarının yumşaldılacağını dediyini əlavə etdi. 

Qeyd edək ki, ölkəmizdə açıq havada toylara icazə verilməsinin tərəfdarıları da çoxdur. Millət vəkili Fazil Mustafa da bir qədər əvvəl bununla bağlı təkliflərini gündəmə gətirib.

O, hesab edir ki, 50-100 nəfərlə toyların keçirilməsinə icazə verilməlidi. Bundan əlavə bəy və gəlinin adına bank hesabı açıla bilər  və toyda iştirak edə bilməyənlər həmin hesaba pul köçürməklə, yeni qurulan ailəyə öz dəstəklərini verə bilərlər. Millət vəkili toy qadağasının ailədaxili münasibətlərin pozulmasına rəvac verdiyini, eləcə də gələcək demoqrafik problemlərə yol açdığını qeyd edib. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO