12 ölkənin 100-dək idmançısı Mingəçevirdə yarışacaq

12 ölkənin 100-dək idmançısı Mingəçevirdə yarışacaq

Hazırda oxunan: 12 ölkənin 100-dək idmançısı Mingəçevirdə yarışacaq

216247

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”ə start veriləcək.

Bizim.Media xəbər verir ki, yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq.

Turnir Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Reqataya Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılacaqlar.

Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO