3 ildir kartsız işləyən Sumqayıt AVTOBUSLARI – AYNA nağdsız ödənişlə niyə RAZILAŞMADI ?

3 ildir kartsız işləyən Sumqayıt AVTOBUSLARI – AYNA nağdsız ödənişlə niyə RAZILAŞMADI ?

Hazırda oxunan: 3 ildir kartsız işləyən Sumqayıt AVTOBUSLARI – AYNA nağdsız ödənişlə niyə RAZILAŞMADI ?

216152

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində kart sistemindən istifadə uzunömürlü olmayıb.  Ödənişin nağdsız şəkildə ödənilməsinə tam olaraq 2021-ci ilin sentyabrında başlanılıb, yenilik cəmi 54 gün davam edib. Heç iki ay bitməmiş sakinlərin narazılığı əsasında kart sistemi ləğv edilib. Buna səbəb isə 206 avtobusda istifadə edilən validatorların yararsız çıxması olub.

Yəni quraşdırılan validatorlar monitorda məlumatı düzgün göstərməyib, sərnişinin balansından bir gediş üçün dəfələrlə vəsait çıxıb, həmçinin, aparatlarda donma da qeydə alınıb ki, bu da avtobusların işini ləngidib.

Artıq Sumqayıt avtobuslarının nağdsız ödənişə, köhnə üsula qayıtmasından 3 il keçir. Elə həmin ərəfədə bunun müvəqqəti olduğunu, “Sumqayıt Nəqliyyat” MMC-nin Türkiyədən yeni validatorlar sifariş etdiyi bildirilib.

Bəs hazırda durum nə yerdədir? Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili avtobuslarda gediş haqqını nə zaman kartla ödəmək mümkün olacaq?

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov Bizim.Media-ya danışıb. O, yenidən kart sisteminə keçidlə bağlı dəqiq tarixin olmadığını bildirib:

 

MÖVZU İLƏ BAĞLI:

Avtobuslarda gedişhaqqı düzgün hesablanmır? – VİDEO


“Bunun üçün müvafiq qurumlar qərar qəbul edəcək, qanun qüvvəyə minəcək və validatorlar respublika üzrə bütün marşrutlara paylanacaq. Sərbəst şəkildə, ayrı-ayrılıqda kim istədi validator quraşdırılmasına icazə vermirlər. Ona görə də agentlik səviyyəsində olan məsələdir. Mən sizə yalan deyərəm”.

O, Türkiyədən sifariş verilən validatorların taleyi barədə də danışıb:

“Bizim rəhbərliyimiz Türkiyədən sifariş edirdi, Yerüstü Nəqliyyat Agentliyi razılaşmadı. Onlar bildirdilər ki, Azərbaycanın bütün rayon, şəhər, kəndlərində eyni firma, eyni şirkətin validatorları olmalıdır”.

Qurum rəsmisi bir neçə il öncə özünü doğrultmayan validator məsələsinə də münasibət bildirib:

“Sumqayıtda qurşadırılan validatorlar Sankt-Peterburqdan alınmışdı, hamısı əldə qaldı, saysız-hesabsız da pullar batdı. Hamısını çıxarıb qaytarmışıq, ruslar demişkən “vozvrat” olunub. Respublikada müasir standartlara cavab verəcək, gün ərzində giriş, adam sayı, ümumi yığılan məbləğin də qeyd olunduğu yeni aparatların istifadəyə verilməsini gözləyirik, o da dövlət səviyyəsində olan şeydir. Sumqayıtın istəməyi ilə deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO