Bakıda geyim mağazası səkini “zəbt edib” - RƏSMİ CAVAB

Bakıda geyim mağazası səkini “zəbt edib” - RƏSMİ CAVAB

Hazırda oxunan: Bakıda geyim mağazası səkini “zəbt edib” - RƏSMİ CAVAB

216141

Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində tikilən obyekt piyadalara çətinlik yaradır.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, “Loro” geyim mağazasının girişi səkinin böyük hissəsini əhatə etməklə genişləndirilib. Bu da piyadalara çətinlik yaradıb.

Mövzu ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib ki, qanunvericilik çərçivəsində yerli icra hakimiyyəti orqanı məlumatlandırılıb.

Nərimanov rayon İcra Hakimiyyəti isə sosial mediada açıqlama verib ki, sözügedən ünvanda tikili artıq sökülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO