Bakı sakini bıçaqlandı, telefonu əlindən alındı

Bakı sakini bıçaqlandı, telefonu əlindən alındı

Hazırda oxunan: Bakı sakini bıçaqlandı, telefonu əlindən alındı

216119

Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, aprelin 18-i saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.

 

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.

 

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO