Əhali avtomobil yanacağına nə qədər pul xərcləyib?

Əhali avtomobil yanacağına nə qədər pul xərcləyib?

Hazırda oxunan: Əhali avtomobil yanacağına nə qədər pul xərcləyib?

216108

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 430,9 mln. manat xərclənib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,3% üstələyib.

Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 mln. manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO